menu

HAQQIMIZDA

«Zahmat-Ruzi» MMC, Azərbaycanın ət və süd məhsulları istehsalı edən aparıcı şirkətlərindən biridir. Şirkət 26 illik tarixə malikdir. Bu dövrdə xüsusilə «SAB Azərbaycan» markası ilə bir çox uğurlar əldə etmişdir, o cümlədən ölkədə halal kolbasa istehsalını təşkil edən ilk şirkət olmuşdur.

 

Şirkət hal-hazırda 400-dən çox işçisi ilə, Böyük Bakı bölgəsində ümumi sahəsi 3.2 hektar olan, iki istehsalat müəssisəsi, iki soyuduculu anbarı (icarə məqsədli) və akkreditasiyalı laboratoriya mərkəzindən ibarət olan istehsalat kompleksində fəaliyyət göstərir.

«Zahmat-Ruzi» MMC, Azərbaycanın ət və süd məhsulları istehsalı edən aparıcı şirkətlərindən biridir. Şirkət 26 illik tarixə malikdir. Bu dövrdə xüsusilə «SAB Azərbaycan» markası ilə bir çox uğurlar əldə etmişdir, o cümlədən ölkədə halal kolbasa istehsalını təşkil edən ilk şirkət olmuşdur.

 

Şirkət hal-hazırda 400-dən çox işçisi ilə, Böyük Bakı bölgəsində ümumi sahəsi 3.2 hektar olan, iki istehsalat müəssisəsi, iki soyuduculu anbarı (icarə məqsədli) və akkreditasiyalı laboratoriya mərkəzindən ibarət olan istehsalat kompleksində fəaliyyət göstərir.

  • SAB brand
  • yüksək keyfiyyətli ət və süd məhsulları

İstehsal üçün xammal seçimlərimiz

meat turkey chicken

BİZİM TARİXİMİZ

1998

Sabir Babayev "Zəhmət-Ruzi" MMC-ni təsis edir və şirkətin Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti 111 ünvanında ilk zavodu açılır. Elə ilk dövrlərdəcə istehsal edilən məhsulların alıcılar tərəfindən rəğbətlə qarşılanması gələcək işlərə böyük stimul verir.

2002

“Zəhmət-Ruzi” MMC artıq öz məhsullarını “SAB” ticarət nişanı altında istehsal etməyə başlayır. “SAB” sözünün açıqlaması şirkətin qurucusu olan Sabir Atəməli oğlu Babayevin ad, soyad və atasının adının ilk hərflərindən götürülmüşdür.

2012

"Zəhmət-Ruzi" MMC yeni ünvanda - Xırdalan şəhəri, akademik Həsən Əliyev küçəsi, 38-də 3 hektar ərazidə müasir zavod tikilir və istehsal həmin zavoda köçürülür. Zavodda laboratoriyalar, istehsal sexləri və anbar ən müasir avadanlıqlarla təchiz edilir, daşınma sistemləri yenidən qurulur.

2014

"SAB" məhsulları "Moscow Halal - Expo - 2014" beynəlxalq qida sərgisinin qızıl medalına layiq görülür. Bundan başqa şirkət 2014-cü ildə Standartlaşma Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tam sertifikatlaşdırılır. Bundan başqa "SAB" Qafqaz Müsəlmanları İdarəsinin halallıq zəmanəti verdiyi yeganə brenddir.

2015

Məhsullar Qazaxıstanda keçirilən qida sərgisinin əsas mükafatı olan "Qrand Prix" mükafatını və ikinci dəfə "Moscow Halal - Expo - 2015" sərgisinin qızıl medalını qazandı.

2016

"SAB" ticarət nişanı USAİD Təşkilatının dəstəyi ilə Azad İstehlakçılar Birliyinin təsis etdiyi "Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi nişanı"nın (AİQTN Keyfiyyət Nişanı) "Platinium" nişanına layiq görülür. Həmçinin brend yüksək keyfiyyətli məhsullara görə "Moscow Halal - Expo - 2016" sərgisində yenidən qızıl medalla mükafatlandırılır.

2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 noyabr 2017-ci il tarixində Abşeron rayonunda “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olur. Prezident İlham Əliyevin diqqətinə “SAB” – “Made In Azerbaijan” markası ilə bazarlara çıxarılan 60 növ ət və 40 növ süd məhsullarının nümunələri təqdim edilir.
  • 1998
  • 2002
  • 2012
  • 2014
  • 2015
  • 2016
  • 2017
  • 1998
  • 2002
  • 2012
  • 2014
  • 2015
  • 2016
  • 2017

Elnur Bədalov

Baş icraçı direktor

Elnur Bədalov Baş icraçı direktor

Beynəlxalq təcrübəyə malik heyətimizlə birgə əsas məqsədimiz istehlakçılarımız üçün yüksək keyfiyyətli və Halal standartlarına cavab verən məhsullar istehsal etmək və istehlakçılarımız üçün ən etibarlı tərəfdaş olmaqdır. Biz yalnız bu günün tələblərinə cavab verməklə kifayətlənmirik, eyni zamanda gələcək nəsillər üçün davamlı və ekoloji təmiz istehsal metodlarına yatırım edirik.

Müştərilərimizin sağlamlığı və məmnuniyyəti bizim üçün ən vacib dəyərlərdir. Keyfiyyətə nəzarət və yenilikçi texnologiyaların tətbiqi sayəsində istehsal etdiyimiz hər bir məhsulun mükəmməlliyinə təminat veririk. Əsas hədəfimiz, beynəlxalq səviyyədə tanınan bir brend olaraq Azərbaycanı dünyada layiqincə təmsil etmək və "Made in Azerbaijan" markasını qlobal bazarlara çıxarmaqdır.

SAB-ın əsas fəlsəfəsi keyfiyyət, şəffaflıq və etibarlılıq prinsiplərinə əsaslanır. Qarşıdakı illərdə də bu prinsiplərə sadiq qalaraq, istehlakçılarımızın ehtiyaclarını qarşılamaqda davam edəcəyik.

Missiyamız

İstehlakçılarımıza sağlam və Halal standartlarına cavab verən yüksək keyfiyyətli ət məhsulları təqdim etmək. Biz ənənəni müasir texnologiya ilə birləşdirərək ailələr üçün etibarlı tərəfdaş olmağa sadiqik

Baxışımız

Halal qida sahəsində qlobal səviyyədə tanınan, Azərbaycanı layiqincə təmsil edən lider brend olmaq və davamlı inkişafla istehlakçılarımızın ehtiyaclarını qarşılamaq

3

-cü yer

Azərbaycanda ən böyük kolbasa istehsalçıları arasında

1

-ci yer

Azərbaycanda ən böyük halal kolbasa istehsalçıları arasında

icon

100+

məhsul çeşidi

icon

7%

ümumi kolbasa bazarında satış payı

icon

20%

halal kolbasa bazarında satış payı

SERTİFİKATLAR

Certificates 1
Certificates 2
Certificates 4
Certificates 5
Certificates 6